Haqqımızda Reklam
13 
Okt
2026
20:29
8
5
362

Gürcüstandan Azərbaycana qanunsuz yolla dərman keçirlməsinin qarşısı alınıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata əsasən, İdarənin "Mazımqara" gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib.

www.24news.ge