Haqqımızda Reklam
14 
Okt
2026
18:44
6
0
392

Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasına diqqət yetirmək lazım olduğunu bildirib. 24News.ge xəbər verir ki, Ermənistan lideri bu barədə “Facebook”da videomüraciəti zamanı bildirib. “Bu baş verən kimi (sülh müqaviləsinin imzalanması) deyə biləcəyik ki, biz erməni dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, - deyə Baş nazir qeyd edib. Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadrat/kilometr olmalıdır: "Həmçinin, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalı, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazi mübadiləsi aparmalıdır". Paşinyan qeyd edib ki, TRİPP layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır: "Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır". Ermənistan hökumət başçısının sözlərinə görə, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə son təmaslardan sonra onda belə bir qənaət formalaşıb ki, iki ölkə arasında sülhün məhz bu formada təmin edilməsi imkanı var.

www.24news.ge