Haqqımızda Reklam
14 
Okt
2026
19:47
4
1
1038

Orta yaşlı kişi qohumu olan ata və oğlunu bıçaqlayıb

Sameqrelo bölgəsində kişi yaxın qohumu olan ata və övladına hücum edərək onları yaralayıb. 24News.ge xəbər verir ki, yaralanan şəxs bildirib ki, onlara soyuq silahla xəsarət yetirən qohumu axtarışda olub. Zərərçəkənin bildirdiyinə əsasən, kişi bıçaqdan istifadə etməzdən əvvəl ov tüfəngindən də atəş açıb. Məlumata görə, ailələr arasında əvvəllər də münaqişə olub. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaq başladılıb. Həmin maddə ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd cinayətini nəzərdə tutur.

www.24news.ge