Haqqımızda Reklam
14 
Okt
2026
21:17
4
2
73

OPEC: Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft ixracı artıb

Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 542 min barel təşkil edib. 24News.ge xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatına qeyd olunub. Bu ilin iyul ayı ilə müqayisədə avqust ayında BTC ilə neft nəqli 8 % və ya gündəlik 39 min barel çoxdur. Ümumilikdə, bu ilin avqust ayında BTC boru kəməri ilə neft nəqli keçən ilin avqust göstəricisinə nisbətən 2 % və ya 9 min barel/gün azalıb. Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

www.24news.ge