Haqqımızda Reklam
26 
Iyl
2026
10:38
2
1
257

Sarp sərhəd-keçid məntəqəsində sıxlıq yaranıb – vətəndaşlar kömək istəyirlər

Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarp Gömrük-Sərhəd Keçid Məntəqəsində böyük növbə yaranıb. 24News.ge xəbər verir ki, vətəndaşların verdiyi məlumata görə, sərhədi keçmək istəyənlərin sayının artması səbəbindən keçid prosesi xeyli ləngiyib. Onların sözlərinə görə, səhər saatlarından sərhədə gəlsələr də, uzun növbələr səbəbindən gömrük-keçid məntəqəsini vaxtında keçə bilmirlər: "Bu səhərdən sərhədə gəlmişik və gömrük-keçid məntəqəsini keçməyə çalışırıq. Görürsünüz ki, burada nə qədər insan var. Vətəndaşların keçidi vaxtında təmin olunmur. Nə baş verdiyini bilmirik. Sərhədi tez bir zamanda keçmək istəyirik, lakin bunun üçün saatlarla gözləməli oluruq. Burada Türkiyəyə müalicə məqsədilə gedən insanlar da var. Sağlamlıq problemi olan şəxslərin saatlarla gömrük növbəsində gözləməsi necə mümkün ola bilər?" – deyə vətəndaşlar bildiriblər.

www.24news.ge