Haqqımızda Reklam
13 
Okt
2026
11:07
22
16
1633

Saakaşvili Azərbaycanda hicab məsələsindən danışdı, İranı ittiham etdi

"Azərbaycan məktəblərdə uşaqların hicab taxmasını qadağan edib. Bu, İlham Əliyevin Azərbaycanın dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmək və islamçıların təsirinin qarşısını almaq istiqamətində atdığı çox mühüm və cəsarətli addımdır". 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili özünün sosial şəbəkə hesabında yazıb. Mixiel Saakaşvili deyib: "Bu arada, Azərbaycanda artıq təsir imkanlarını reallaşdıra bilməyən İran Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər". Məlumat üçün bildirək ki, Azərbaycanda son həftələrdə Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı qərarı ictimai müzakirələrə səbəb olub. Oktyabrın 12-də sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, hicablı şagird və müəllimlərin məktəbə daxil olmasına icazə verilməyib və bu, etirazlara yol açıb. Azərbaycan rəsmiləri ölkə üzrə hicabın qadağan edilmədiyini bəyan edərək, məktəblərdə dünyəvilik prinsipinə riayət olunduğunu vurğulayıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları qeydə alınıb və 37 nəfər saxlanılıb.

www.24news.ge