Haqqımızda Reklam
13 
Okt
2026
18:27
8
0
215

Armutlu yolu yarımçıq qalıb: sürücülər çətinliklə üzləşir (VİDEO)

Dmanisi bələdiyyəsinin Armutlu (Pantiani) kəndinə gedən yolun təmir-bərpa işlərinin yarımçıq qalması sürücülər üçün ciddi problemlər yaradır. 24News.ge xəbər verir ki, sürücülərin portalımıza verdiyi məlumata görə, kəndin içərisindən başlayan yolun təmiri aylardır başa çatdırılmayıb. Rayon mərkəzinə doğru uzanan yolun bir hissəsinə isə hələ də beton örtük çəkilməyib. Sürücülər bildirirlər ki, yolun yarımçıq vəziyyətdə qalması həm yayda, həm də qışda hərəkəti çətinləşdirir və əlavə problemlərə səbəb olur. Yolun hazırkı vəziyyətini əks etdirən görüntüləri şərhsiz təqdim edirik:

www.24news.ge