Haqqımızda Reklam
24 
Iyn
2026
09:00
10
0
194

Çexiya Prezidenti Baş naziri məhkəməyə verdi

Çexiya Prezidenti Petr Pavel Baş nazir Andrey Babişin qərarına etiraz edərək hökumətə qarşı məhkəmə iddiası qaldırıb. 24News.ge xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Məlumata görə, mübahisəyə səbəb Baş nazirin Prezidenti iyul ayında Ankarada keçiriləcək NATO sammitinə gedəcək hökumət nümayəndə heyətinin tərkibinə daxil etməməsi olub. Çexiyanın Konstitusiya Məhkəməsinə təqdim edilən iddiada dövlət başçısının NATO sammitində iştirak edib-etməməsinə qərar vermək səlahiyyətinin kimə məxsus olduğunun müəyyənləşdirilməsi tələb edilir. Məhkəmənin məsələni iyunun 24-də keçiriləcək plenar iclasında müzakirə edəcəyi bildirilir. Prezident Pavel Baş naziri onu sammitdən kənarda saxlamağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, bu addım Konstitusiyanın dövlət başçısına verdiyi səlahiyyətlərin məhdudlaşdırılması deməkdir. Politico-nun yazdığına görə, tərəflər arasında yaranmış mübahisə ölkədə prezident və hökumət arasındakı səlahiyyət bölgüsü ilə bağlı hüquqi müzakirələri yenidən gündəmə gətirib.

www.24news.ge