Haqqımızda Reklam
24 
Iyn
2026
09:12
16
1
123

İran Prezidenti Pakistana səfər edib

İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabada səfər ediblər. 24News.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatına görə, İran nümayəndə heyətini Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və hökumətin bir sıra üzvləri qarşılayıblar. Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Pakistan və İran arasında tarixə, dini dəyərlərə və mədəniyyətə söykənən güclü qardaşlıq münasibətləri mövcuddur. Xatırladaq ki, ötən gün Pakistan və Qətər birgə bəyanat yayaraq İsveçrədə keçirilən ABŞ–İran sammitinin müsbət və konstruktiv atmosferdə baş tutduğunu bildiriblər. Tərəflər danışıqlarda ümidverici irəliləyişin əldə olunduğunu, o cümlədən gələcək texniki müzakirələrin aparılması üçün mexanizmin yaradılması istiqamətində razılığa gəlindiyini vurğulayıblar.

www.24news.ge