Haqqımızda Reklam
24 
Iyn
2026
10:38
31
4
980

Vitse-spiker müxalifətə səsləndi: “İnsanlara öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməyə imkan verin”

Məhərrəm ayı ilə əlaqədar son günlər Marneulidə keçirilən matəm mərasimlərinin bəzi mərkəzi media qurumları tərəfindən İranla əlaqələndirilməsi və terrorizmlə bağlı iddiaların səsləndirilməsi Parlamentin vitse-spikeri Nino Tsilosani tərəfindən sərt tənqid olunub. 24News.ge xəbər verir ki, Parlamentdə jurnalistlərin suallarını cavablandıran vitse-spikerə matəm mərasimləri ilə bağlı “Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu proseslərlə əlaqədar hansı tədbirləri görür?” sualı ünvanlanıb. Vitse-spiker cavabında bildirib ki, bəzi müxalifət nümayəndələri dini zəmində qarşıdurma yaratmağa çalışırlar: "Mənim DTX-nin əməkdaşına oxşar yanım varmı ? Sualı (DTX-ya) verə bilərsiniz. Bu ölkədə heç bir xarici dövlətin təsirinə yer yoxdur. Son dövrdə ən zərərli təsirlər QHT sektoru ilə bağlı idi, onu da şəffaflıq qanunu müəyyən qədər tənzimlədi və aradan qaldırdı. Siz dini zəmində qarşıdurma yaratmaq istəyirsiniz, amma buna nail ola bilməyəcəksiniz. Buna görə də insanlara öz dini etiqadlarını normal şəkildə həyata keçirmək imkanı verin. Və Konspirasiya nəzəriyyələri ilə bağlı məsələlərdə Co Vilsonla (ABŞ Konqresinin üzvü) əlaqə saxlamayın. Sakit olun, terrorizmlə mübarizə məsələsində Dövlət Təhlükəsizliyi Xidməti çox yüksək ixtisaslı və peşəkar iş aparır”, - deyə Nino Tsilosani qeyd edib.

www.24news.ge