Haqqımızda Reklam
26 
Iyl
2026
12:41
10
1
177

Nəcəf–Kərbəla yolunda "Borçalı İmam Hüseyn" (ə) xeyməsi qurulub (VİDEO)

Marneulidən olan bir qrup xeyriyyəçi gənc İraqın Nəcəf–Kərbəla yolunda "Borçalı İmam Hüseyn" (ə) xeyməsini quraraq Ərbəin zəvvarlarına xidmət göstərirlər. 24News.ge xəbər verir ki, gənclər Nəcəf–Kərbəla yolunun 387-ci sütunu yaxınlığında, Gürcüstan bayraqları altında İmam Hüseynin (ə) zəvvarlarına müxtəlif ehsanlar təqdim edirlər. Onlar gün ərzində iki dəfə zəvvarlara xidmət göstərirlər. Səhər saatlarında zəvvarlara çay ehsan olunur, axşam saatlarında isə kabab və digər qidalar təqdim edilir. Din xadimi Hacı Fariz Rəcəbov bildirib ki, qrupun xidmət fəaliyyəti ümumilikdə 10 gün davam edəcək və bu müddət ərzində minlərlə zəvvara xidmət göstərilməsi nəzərdə tutulur. Qeyd edək ki, "Borçalı İmam Hüseyn" (ə) xeyməsi artıq bir neçə ildir ki, Ərbəin ziyarəti günlərində Nəcəf–Kərbəla yolunda zəvvarlara könüllü xidmət göstərərək bu ənənəni davam etdirir.

www.24news.ge