Haqqımızda Reklam
26 
Iyl
2026
17:09
2
5
1317

Sərnişin avtobusu qəzaya uğrayıb – 13 nəfər yaralanıb (FOTO)

Zestaponi–Kutaisi avtomobil yolunda sərnişin avtobusu yoldan çıxaraq aşıb. 24News.ge xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər yaralanıb. Məlumata əsasən, yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilir. Məlumata görə, yaralanan şəxslər turistlərdir və Tbilisidən Gürcüstanın qərb bölgəsinə doğru hərəkət edirmişlər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan bir kişi ağır xəsarətlər aldığı üçün təcili cərrahi əməliyyat olunub. Digər yaralılara isə lazımi tibbi yardım göstərilir. Hazırda qəzanın başvermə səbəbi məlum deyil və faktla bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə istintaq aparılır.

www.24news.ge