Haqqımızda Reklam
15 
Yan
2026
19:14
17
8
1107

Tbilisi Aeroportunun genişləndirilməsi üçün 150 milyon dollarlıq investisiya yatırılacaq

Bu gün Gürcüstan hökuməti Fransız şirkəti Groupe ADP ilə Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi üzrə müqavilə imzalayıb. 24News.ge xəbər verir ki, bu barədə Baş Nazir İrakli Kobaxidze layihənin təqdimat mərasimində bildirib. Baş Nazir qeyd edib ki, genişləndirmə layihəsi üçün 150 milyon ABŞ dolları məbləğində investisiya həyata keçiriləcək. Layihə sərnişin axınının artmasını, xidmətlərin davamlı yaxşılaşdırılmasını, sərnişinlər üçün komfortlu və təhlükəsiz mühitin yaradılmasını, sürətli və effektiv əməliyyat proseslərini və beynəlxalq standartlara uyğun səyahət təcrübəsini təmin edəcək. Müqaviləyə əsasən, Groupe ADP-nin nəzarətində olan TAV şirkəti Vaziyandakı Tbilisi yeni Beynəlxalq Aeroportunun tikintisi başa çatana qədər – 2031-ci ilin sonuna qədər aeroportun idarəsini təmin edəcək. Baş Nazir xarici tərəfdaşlara – Groupe ADP və TAV şirkətlərinə Gürcüstan aeroportlarının inkişafında çoxillik əməkdaşlığa görə təşəkkürünü bildirib.

www.24news.ge